Hörmətli İdxalatçı,

Rusiyada təzə meyvə və tərəvəz bazarının qeyri-stabilliyini çox gözəl anlayırıq.

Bizimlə əlaqə saxlayın

Rəqabət və qazanc arxasınca qaçaraq, siz komissiyaya malalmağa çalışırsınız. Məsələ başqadır: təchizatçıdan bu şəraitə bə yolla nail olursunuz? Ən güclü eksportçulardan biri ilə əməkdaşlığı bərkitmək arzusu ilə təchizatçı ilə neçə mövsüm (ay) riskli şərtlərlə işləyirsiniz (öncədən ödənişin hissə-hissə edilməsi)?

Biznesin şərtləri çox sərtdir, çünki hamı özü üçün maksimal gəliri əldə etməyə çalışır.
Bu biznesdir - əlavə heçnə. Danışıqlara daima hazır olmalısan, bəzən onlar çox sərt keçir. Bizim təcrübəmiz və biliklərimiz sizin üçün çox yararlı ola bilər.

Keyfiyyətli məhsulunuzu mövsümə uyğun olmaması, qiymətlərin düşməsi və ya başqa səbəbdən sata bilmədiyiniz hal ilə rastlaşmısınız? Düzdür, keçən il olan satışların həcmini nəzərə almaq olar. Lakin, bu qeyri-stabildir. Bununla belə, insanlar daima meyvə və tərəvəz istifadə edəcəklər, tələbat daima olacaq, lakin təkliflərin həcmi dəyişə bilər, bazar qiyməti də qeyri-stabildir. Bunun səbəbi – qeyri-iqtisadi hədəfləri güdən vicdansız treyderlərdir.

Bizim
missiyamız

Bizim missiyamız - beynəlxalq ticarətdə etibarsız, qeyri-peşəkar iştirakçıların aradan götürülməsidir. Biz sağlam rəqabət və dürüst biznes xeyrinə bütün gücümüzü və resurslarımızı qoyuruq.

Biz sizə məhsul və ya xidmət yox, biz sizə birlik təklif edirik. Ancaq birgə səylər göstərərək, işə dürüst və məsuliyyətli yanaşma ilə biz müasir iqtisadi münasibətlərin parazitlərini sıxışdıra bilərik.

Yunayted Frut Kompani − təzə meyvə və tərəvəzlərinidxalı və logistikası sahəsində biznes operatorudur, o, Xarici iqtisadi fəaliyyətdə satış mütəxəsisslərindən, loqistlərdən və ekspeditorlardan ibarət peşəkar menecerlərkomandasına malikdir. Bizim şirkətimizin bütün bölmələrini bir-birindən asılı olmayan, lakin biznesin müvəfəqiyyətli olması üçün six ünsiyyətdə olan insanlar təqdim edir. Onlardan hər birinin hədəfi − öz işini 100% yerinə yetirməkdir, və bu hədəfi onlara SİZ qoyursunuz!

Sizə qeyd olunan hallarda faydalı ola bilərik:

  • Təchizatçı ödəniş üçün möhlət vermirsə, biz sizin təchizatçıya malların qiymətinin ödənilməsi barədə bank zəmanəti təqdim edirik.
  • Məhsulunuzu ixrac etmək və ya gömrükdən keçirmək lazımdırsa, biz idxalatçı şirkətimizi təqdim edib, malınızı gömrükdən keçiririk.
  • Danışıqlar zamanı və eksportçu ilə müqavilənin bağlanması zamanı sizə kömək lazım olsa, sizə yardımcı oluruq.
  • Təchizatçınızın sizə ən yaxşı, hətta komissiyaya kimi, çatdırılma şərtlərini təqdim etməsi üçün sizi konsultasiya edə bilərik.
  • Ekspotçunuzla sazişlərdə sizə hüquqi və ya maliyyə dəstəyi lazımdırsa, onları təqdim edirik.

Əgər siz biznesinizi peşəkarcasına aparırsınız və məhsullarınızı uğurla satırsınız, biz sizi fəxrlə tərəfdaşlarımıza məsləhət görəcəyik və siz keyfiyyətli meyvə və tərəvəzləri stabil olaraq çatdıracaqsınız.

Bir sorğu verin və biz sizə müraciət edəcəyik

2 saat ərzində menecerimiz sizə müraciət edəcəkdir.